26 
Yan
2020
02:29
349
20
5136
Virtual karabakh

Türkiyədə zəlzələdən bir gün sonra dağıntılar altından iki yaşlı qız tapıldı - VİDEO

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən bir gün sonra iki yaşlı qızı dağıntılar altından çıxarıblar.

Bu barədə RİA “Novosti” ölkənin Səhiyyə naziri Fahrettin Kocaya istinadən xəbər verir.

Qız və anası Elazığ şəhərindəki dağıntılar altında tapılıblar. 

Bildirilir ki, uşaq hazırda xəstəxanaya yerləşdirilib, qadının xilas edilməsi üzrə əməliyyat isə davam edir, xilasedicilər onu lazımi dərmanlarla təmin ediblər və səs kontaktını dəstəkləyirlər.

Türkiyənin Malatya və Elazığ əyalətlərində zəlzələ yanvarın 24-də axşam saatlarında baş verib. Son məlumatlara görə, faciə nəticəsində 29 nəfər həlak olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri