30 
Yan
2020
12:30
181
38
7803
Virtual karabakh

Çində evlənməyə və ölü dəfn etməyə qadağa qoyuldu

30 Yan, 2020
12:30
7803

Çində evlənməyə və ölü dəfn etməyə qadağa qoyuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin paytaxtı Pekində ölümcül koronavirus səbəbilə evlənmək və dəfn etmək müvəqqəti olaraq qadağan edilib.

Bu barədə “China News” xəbər yayıb.

Qeyd olunur ki, vida mərasimində, adətən onlarla, hətta yüzlərlə insan toplaşdığı üçün virusun yayılmasına qarşı mübarizə öz töhfəsini vermir.

Digər tərəfdən, sevən cütlüklər tələbatın çox olduğu fevralın 2-də nikah qeydiyyatından keçə bilməyəcəklər. Məsələ burasındadır ki, 2 fevral 2020-ci il Çin dilində “Mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə uzlaşır, bu isə min ildə bir dəfə baş verən hadisədir.

Bundan başqa, 14 və 22 fevralda da nikah qeydiyyatından çəkinməyə çağırılıb.

Yanvarın 30-u gecə yarısına olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 170-ə yüksəlib, yoluxanların sayı isə 7,7 min nəfəri keçib. 170 nəfər xəstəliyin öhdəsindən gələ bilib və  artıq evlərinə buraxılıb.

ÇXR ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da yoluxma halları qeydə alınıb.

2019-nCoV virusu insandan insana ötürülür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri