Fev
2020
11:25
22
56
2346
Virtual karabakh

İntihara cəhd etməsi həyatını dəyişdi - FOTO

5 Fev, 2020
11:25
2346

İntihara cəhd etməsi həyatını dəyişdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İntihar etməyə çalışan Şotlandiya sakini xəstəxanaya yerləşdiriləndən sonra xərçəng xəstəsi olduğunu öyrənib.

“Daily Mirror” agentliyi məlumat verir ki, 38 yaşlı Robert Allen özünü hər zaman əzgin hiss edib və dörd yaşlı oğluna zaman ayırmağa gücü çatmadığından depressiyaya düşüb. Ata kimi vəzifəsini icra edə bilməyən R.Allen özünə qəsd etmək qərarına gəlib.

Xoşbəxtlikdən həyat yoldaşının bu niyyətindən xəbər tutan xanımı onu dərhal həkimlərə aparıb. Kişidən qan analizi alınandan sonra məlum olub ki, R.Allenin qaraciyərində onkoloji şiş var. Həkimlər söyləyib ki, 38 yaşlı atanın halsızlıq səbəbi xərçəng xəstəliyi ilə əlaqədardır.

Xəstənin əməliyyatı uğurla keçib və R.Allen sağlamlığına qovuşub.

Mətbuata verdiyi açıqlamasında gənc ata bildirib ki, intihara cəhd etməsi onun xəstəliyinin zamanında aşkar edilərək müalicə olunmasına səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri