Fev
2020
18:15
80
320
14476
Virtual karabakh

Sevgilisi olduğunu öyrənən ata yeniyetmə qızını öldürdü - FOTO

7 Fev, 2020
18:15
14476

Sevgilisi olduğunu öyrənən ata yeniyetmə qızını öldürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Ankara şəhərinin Çubuk rayonunda ata qızını odlu silahla öldürüb.

“Hürriyet”in yaydığı xəbərə görə, 51 yaşlı Harun Yıldız 17 yaşlı qızı Şeyma Yıldızı silahla vurub.

Xəbərdə bildirilir ki, dörd uşaq atası olan H.Yıldız tələbə qızının sevgilisi olduğunu öyrənib və evdə onunla mübahisə edib. Daha sonra qızını avtomobilə mindirərək şəhər kənarına gətirib.

Mübahisə davam edərkən Ş.Yıldız avtomobildən düşüb qaçmağa çalışıb.

Bu zaman atası odlu silahla iki dəfə atəş açaraq qızını öldürüb.

Yoldan keçən sürücülər yerdə hərəkətsiz halda uzanmış yeniyetməni görən zaman polis və təcili tibbi yardım çağırıblar.

Hadisə yerinə gələn tibb işçiləri Ş.Yıldızın öldüyünü bildiriblər. Onun cəsədi ekspertiza üçün morqa aparılıb. Atası H. Yıldız isə polisə gedərək təslim olub. O, ifadəsində sevgilisi olduğunu öyrəndiyi üçün qızını öldürdüyünü etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri