10 
Fev
2020
17:17
37
628
7197
Virtual karabakh

Türkiyə hərbçiləri top atəşinə tutuldu, beş əsgər şəhid oldu

10 Fev, 2020
17:17
7197

Türkiyə hərbçiləri top atəşinə tutuldu, beş əsgər şəhid oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada Türkiyə əsgərləri şəhid olub.

Bu barədə “Haber7” Türkiyənin Müdafiə Nazirliyinin rəsmi saytında yayılan xəbərə əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, İdlibin şimal hissəsində Suriya rejimi türk hərbçilərini top atəşinə tutub.

Nəticədə, beş hərbçi həlak olub, beşi yaralanıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, qarşı tərəf cavab atəşi ilə susdurulub:

“Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Lazımi tədbirlər görülür”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri