11 
Fev
2020
04:44
323
16
5996
Virtual karabakh

Əkiz qardaşı üçün 27 kiloqram arıqladı və böyrəyini verdi

11 Fev, 2020
04:44
5996

Əkiz qardaşı üçün 27 kiloqram arıqladı və böyrəyini verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Talsa şəhərinin (Oklahoma ştatı) sakini əkiz qardaşını xilas etmək üçün 27 kiloqram arıqladı və böyrəyini ona verdi.

“Unilad” xəbər verir ki, 2016-cı ildə həkimlər 26 yaşlı Dalton İnqlidə qlomerulonefrit adlı böyrək xəstəliyi təsbit ediblər.

Xəstəlik səbəbindən onun böyrəkləri sıradan çıxıb və Dalton dializin ümidinə qalıb.

2018-ci ilin yanvar ayında pnevmoniya xəstəliyinə tutulan D.İnqlini hemodializ aparatına qoşublar.

Həkimlər ona təcili böyrək nəqli lazım olduğunu bildiriblər.

Bu zaman D.İnglinin köməyinə əkiz qardaşı Ceyms gəlib.

O, böyrəyinin birini qardaşına verməyə hazır olduğunu bildirib.

Həkimlər əməliyyatı həyata keçirmək üçün C.İnqliyə arıqlamağı tapşırıblar.

27 kiloqram arıqlayan Ceyms İnqli böyrəyini qardaşına verib və bununla onun həyatını xilas edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri