14 
Fev
2020
10:35
42
129
4120
Virtual karabakh

Rusiyanın Türkiyədəki səfiri hədələnib

14 Fev, 2020
10:35
4120

Rusiyanın Türkiyədəki səfiri hədələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Suriyanın İdlib şəhərində baş verən hadisələrdən sonra ünvanına gələn hədələr barədə məlumat verib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

A.Yerxovun sözlərinə görə, sosial şəbəkələrdə türkiyəli istifadəçilərdən Rusiya əleyhinə isteriya yayılıb - “həyatınızla vidalaşın”, “heç kim sizin üçün yas tutmayacaq”, “yanma vaxtınız çatıb” və sair bu kimi təhdidlər yazılır. 

Səfir ünvanına hədələr aldığını bildirib. O qeyd edib ki, ən təhlükəli vəziyyət müttəfiqi anlamamaqdır.

Qeyd edək ki, fevralın 10-da Türkiyə Müdafiə Nazirliyi İdlibdə müşahidə məntəqəsinin Suriya Ordusu tərəfindən atəşə tutulması nəticəsində beş türk hərbçinin ölməsi barədə məlumat vermişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri