17 
Fev
2020
15:31
13
153
3067
Virtual karabakh

Arağı yerə tökdü, xəbərdarlıq edənin boğazını kəsdi

Rusiyanın Kemerovo vilayətinin Kuzbas bölgəsində bir kişi birlikdə içki içdiyi şəxsin boğazını kəsib.

Sibdepo.ru-nun xəbərinə görə, 50 yaşlı kişi ilə içki içdiyi tanışı arasında mübahisə baş verib.

Belə ki, həmin şəxs spirtli içkini gah içib, gah yerə töküb. Bu zaman içki yoldaşı ona bununla bağlı xəbərdarlıq edib. Bundan qəzəblənən 50 yaşlı kişi qırıq şüşə ilə ona xəbərdarlıq edənin boğazını kəsib.

Onların yanında olan tanışlarından biri yaralını xəstəxanaya çatdırıb.

Hadisəni törədən şəxs saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Həmin şəxsin əvvəl də “insan öldürməyə cəhd” maddəsi ilə həbs edildiyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri