17 
Fev
2020
17:49
169
79
13007
Virtual karabakh

Koronavirusun sarsıtdığı Çin yeni fəlakətin astanasında - VİDEO

17 Fev, 2020
17:49
13007

Koronavirusun sarsıtdığı Çin yeni fəlakətin astanasında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çindən yayılan yeni tip koronavirusla mübarizə başa çatmamış, dünya indi də çəyirtkə “istilası” ilə üz-üzə qalıb.

Bu barədə “Haber 7” xəbər yayıb.

Bildirilir ki, Yəmənə və Afrikanın bəzi ölkələrinə hücum çəkən çəyirtkə sürüsü xeyli problem yaradıb. Efiopiya, Keniya, Uqanda, Tanzaniya və Somalidə əkin sahələrinə ciddi ziyan dəyib.

Somalidə fövqəladə vəziyyət elan edilib. Efiopiyada dörd əyalətdə həyəcan siqnalı verilib.

Çəyirtkələr Keniyada bir gündə 35 min nəfərə kifayət edəcək qədər məhsulu məhv edib. 

Səudiyyə Ərəbistanı, Oman, Sudan və Pakistandan sonra çəyirtkələr Hindistana da hücum çəkib. Saatda 150 km sürətlə hərəkət edən 400 milyard həşəratın iqtisadiyyata ciddi ziyan vurduğu bildirilir. 700 min Hindistan əsgəri çəyirtkə “istilası” ilə mübarizəyə cəlb olunub.

Çəyirtkələrin iki-üç ay içərisində Çinə keçəcəyi və koronavirus səbəbindən onsuz da iqtisadiyyatına ciddi ziyan dəyən ölkəni qıtlıqla üz-üzə qoyacağı bildirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri