18 
Fev
2020
08:39
21
92
4552
Virtual karabakh

Aldığı hədiyyə atanı göz yaşlarına boğdu: ölmüş oğlunun ürəyinin döyüntüsünü eşitdi – VİDEO

18 Fev, 2020
08:39
4552

Aldığı hədiyyə atanı göz yaşlarına boğdu: ölmüş oğlunun ürəyinin döyüntüsünü eşitdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Virciniya ştatının sakini Con Rid 2019-cu ildə 16 yaşlı oğlu Dakotanı itirib.

“CBS” telekanalı xəbər verir ki, yeniyetmə avtomobil qəzasında həlak olub. Oğlunun ölümündən sonra atası onun orqanlarını xəstə insanlara bağışlamaq qərarına gəlib. Bu yaxınlarda isə C.Rid, sinəsində oğlunun ürəyi döyünən insandan qeyri-adi hədiyyə alıb.

Massaçusets ştatının sakini Robert O’Кonnor C.Ridə oyuncaq ayı hədiyyə edib. Oyuncağın düyməsini sıxdıqda oğlunun ürəyinin döyüntüsünü eşidə bilib.

Qeyd etmək lazımdır ki, bu hədiyyəni alan C.Rid göz yaşlarını tuta bilməyib və oyuncağı qucaqlayaraq hönkür-hönkür ağlamağa başlayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri