22 
Fev
2020
03:26
18
178
3579
Virtual karabakh

Çindən kənarda koronavirusa yoluxanların sayı 1200-ə çatdı

22 Fev, 2020
03:26
3579

Çindən kənarda koronavirusa yoluxanların sayı 1200-ə çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin hüdudlarından kənarda СoViD-19 pnevmoniyasına yoluxmuş insanların sayı 1200 nəfərə çatıb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, ötən gün ərzində dünyada 127 yeni yoluxma hadisəsi qeydə alınıb. ÇXR-dan başqa, virus daha 26 ölkədə yayılıb. Çindən kənarda ölənlərin ümumi sayı səkkiz nəfərdir.

Çində isə son məlumatlara görə, 2236 nəfər virusdan dünyasını dəyişib. Eyni zamanda ölkədə 75 465 nəfər xəstəliyə yoluxub, onlardan 11 633-ü ağır vəziyyətdədir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri