26 
Fev
2020
20:00
206
18
7477
Virtual karabakh

Sürücü məktəbliləri kütləvi ölümdən xilas etdi - VİDEO

26 Fev, 2020
20:00
7477

Sürücü məktəbliləri kütləvi ölümdən xilas etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məktəbin qarşısında baş verən təbii fəlakət avtobus sürücüsünün zirəkliyi sayəsində qurbansız ötüşüb. Bu barədə “Hürriyet” xəbər yayıb.

Hadisə Türkiyənin Gümüşxanə şəhərində qeydə alınıb.

Məlumata görə, məktəbə yaxın yamacda torpaq sürüşməsi meydana gəlib. Nəticədə torpaq və daş kütlələri istinad divarını yıxaraq məktəbin həyətinə dolub. Həmin vaxt məktəbdə tənəffüs olub.

Məktəbliləri daşıyan avtobusun sürücüsü Yaşar Meral yamacdan düşən daşların fərqinə vararaq, dərhal müəllimləri xəbərdar edib və beləliklə də, faciənin qarşısını alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri