28 
Fev
2020
12:22
28
102
5330
yuxarı
Bu ölkənin prezidenti və XİN rəhbəri koronavirusa görə karantinə alındı
28 Fev, 2020
12:22
5330
28
102
Bu ölkənin prezidenti və XİN rəhbəri koronavirusa görə karantinə alındı
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa koronavirus infeksiyası ilə əlaqədar karantinə alınıb.
Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.
Bildirilir ki, dövlət başçısı Çindən səfərdən qayıtdıqdan sonra belə bir qərar alınıb.
Prezidentlə birlikdə onu müşayiət edən nümayəndə heyətinin bütün üzvləri, o cümlədən XİN rəhbəri Damdin Tsogtbatar 14 gün müşahidə altında saxlanılacaq.
Bu müddət ərzində prezident və nazir paytaxtın Bayanzurx rayonunda qalacaq. Digərləri isə Jarqalant sanatoriyasına yerləşdirilib.
Qeyd edilir ki, prezident Çindən fevralın 27-də qayıdıb. Səfər çərçivəsində o, çinli həmkarı Si Cinpinlə görüşüb. Həmçinin, o koronavirusla mübarizədə dəstəyini ifadə etmək üçün Çinə 30 min qoyun hədiyyə edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək