29 
Fev
2020
02:58
30
72
3067
Virtual karabakh

Şahzadə Harri və məşhur müğənni birgə mahnı yazdırdılar - VİDEO

29 Fev, 2020
02:58
3067

Şahzadə Harri və məşhur müğənni birgə mahnı yazdırdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya şahzadəsi Harri və amerikalı musiqiçi Con Bon Covi birgə mahnı yazdırıblar.

Kompozisiyadan bir parça şahzadə və həyat yoldaşı Meqan Marklın “Instagram” səhifəsində paylaşılıb.

Sosial şəbəkədə yerləşdirilən digər paylaşımın altında bildirilib ki, “Unbroken” adlı mahnı əlil olan cari və sabiq hərbçilərə həsr olunub. Şahzadə Harri və Bon Covinin mahnısı may ayında hərbçilər arasında keçiriləcək “məğlubedilməzlərin oyunu” adlı növbəti yarışların bir növ himni olacaq.

Con Bon Covi amerikalı musiqiçi və əfsanəvi “Bon Jovi” rok-qrupunun təsisçisidir. O, 2018-ci ildə rok-n-rollun “Şöhrət zalı”na üzv seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri