29 
Fev
2020
04:21
11
141
7514
Virtual karabakh

Şizofreniyanın yeni növü aşkarlandı - FOTO

29 Fev, 2020
04:21
7514

Şizofreniyanın yeni növü aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı alimlər şizofreniyanın yeni növünü aşkar ediblər. Bu barədə “Medical Xpress” yazır.

Bildirilir ki, adi şizofreniya xəstəsində sağlam insanla müqayisədə beyin toxuması daha az müşahidə olunur. Yeni növdə isə boz maddənin həcmində dəyişiklik qeyd edilmir, belə ki, o, normal beyindəki qədər olur.

Alimlər belə bir qənaətə 300 pasiyentin beyininin analizi nəticəsində gəliblər.

Qeyd edilir ki, bundan sonra həkimlər şizofreniyanı “alt” və “patoloji” növlərinə ayıracaqlar.

Bu kəşfin psixi pozğunluqları daha keyfiyyətli müalicə etməyə imkan yaradacağı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri