15 
Mar
2020
03:54
39
190
3810
Virtual karabakh

Makqreqor xalasının koronavirusdan ölməyi ilə bağlı xəbəri təkzib edib

15 Mar, 2020
03:54
3810

Makqreqor xalasının koronavirusdan ölməyi ilə bağlı xəbəri təkzib edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyalı qarışıq döyüş növləri üzrə idmançı Konor Makqreqor xalası Ennin ölüm səbəbinin koronavirus olmadığını bildirib.

“Xalamın ölümü ilə bağlı verdiyiniz başsağlığına görə hər kəsə minnətdaram. Lakin bildirmək istəyirəm ki, xalamın koronavirusun qurbanı olmadığı təsdiqlənib.

Biz onun dəfninə hazırlaşırıq və mən bilirəm ki, əksəriyyətimiz yaxın həftələrdə virusla üzləşəcəyik. Sizin hamınızdan qarşıdan gələn gərgin günlərdə dostlarınızın və ailənizin yanında olmaq üçün əlavə səylər göstərməyinizi xahiş edirəm. Bu kədərli gündə göstərdiyiniz dəstəyə görə ailəmin adından minnətdarlığımı bildirirəm”, - deyə irlandiyalı “Instagram” səhifəsində yazıb.

Xatırladaq ki, bir müddət öncə Makqreqor özünün “Instagram” hesabında xalasının koronavirusdan vəfat etdiyini bildirmişdi. İdmançı hər kəsi virusa yoluxmamaq üçün əl və üzün gigiyenasına diqqət etməyə səsləmişdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri