15 
Mar
2020
13:50
229
54
5055
Virtual karabakh

Koronavirus qorxusu Kraliça II Yelizavetanı saraydan qaçırtdı

15 Mar, 2020
13:50
5055

Koronavirus qorxusu Kraliça II Yelizavetanı saraydan qaçırtdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərədə koronavirus səbəbindən ölənlərin sayının artması (21 nəfər) Kraliça II Yelizavetanı da qorxuya salıb.

Türkiyənin NTV kanalının yaydığı xəbərə görə, 93 yaşlı kraliça və onun 98 yaşlı həyat yoldaşı şahzadə Filip Bukingem sarayını tərk ediblər. Onlar Sandrinqamdakı Vindsor iqamətgahında karantindədirlər.

“The Sun” qəzeti isə kraliçaya yaxın bir qaynağın məlumatını yayıb. Məlumatda deyilir ki, kraliçanın sağlamlığı qaydasındadır:

“Onun üçün ən yaxşısı sarayı tərk etmək oldu. İşçilərindən çoxu da virus səbəbi ilə təşvişə düşmüşdü. Elə kraliça da saraydan gedənə qədər çox adamla görüşmüşdü. Mütəxəssislər 94 yaşına bir neçə həftə qalmış kraliçanın saraydan getməsini doğru hesab etdilər”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri