27 
Mar
2020
12:59
76
367
3533
Virtual karabakh

Rusiyada koronavirusa yoluxanların sayı min nəfəri keçdi

27 Mar, 2020
12:59
3533

Rusiyada koronavirusa yoluxanların sayı min nəfəri keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada koronavirusa yoluxanların sayı 1036-ya çatıb.

İnterfax.ru ölkənin operativ qərargahına istinadən xəbər verir ki, son 24 saat ərzində Rusiyada 196 nəfər koronavirusa yoluxub.

Məlumatda indiyə qədər üç nəfərin öldüyü bildirilir.

157 yoluxma faktı Moskvada, 12-si Krımda, səkkizi Moskva vilayətində, üçü Volqoqrad vilayətində müşahidə edilir.

Çeçenistan, Mordoviya, Udmurtiya respublikaları və Samara vilayətinin hər birində iki, Tula, Yaroslavl, İvanovo, Oryol, Rostov, Kirov vilayəti, eyni zamanda, Dağıstan və Tatarıstanda bir yoluxma halı təsdiq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri