28 
Mar
2020
05:19
75
117
4556
Virtual karabakh

Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək

28 Mar, 2020
05:19
4556

Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada koronavirusla maraqlı mübarizə üsuluna əl atacaqlar. 

AsiaOne” nəşrinin məlumatına əsasən, “Medical Detection Dogs” təşkilatı, Darem Universiteti və London gigiyena və tropik tibb məktəbi itlərə COVID-19-a yoluxan insanları qoxusuna görə seçə bilməyi öyrədəcəklər.

Bildirilir ki, itlər insanda onkologiyanı, Parkinson xəstəliyini, malyariyanı və digər bakterial infeksiyaları artıq müəyyən edə bilirlər.

Mütəxəssislərin sözlərinə əsasən, hər xəstəliyin xüsusi iyi var. Buna görə də, alimlər hesab edirlər ki, itlər koronavirusu aşkar etməyi altı həftə ərzində öyrənə biləcəklər. Bundan sonra isə onları hava limanlarında ölkəyə gələnləri yoxlamaq üçün istifadə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri