30 
Mar
2020
13:30
363
80
4828
Virtual karabakh

İran ABŞ-ı "tibbi terrorda" ittiham etdi

30 Mar, 2020
13:30
4828

İran ABŞ-ı "tibbi terrorda" ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı "tibbi terrorda" ittiham edib.

“Kommersant” xəbər verir ki, o, Birləşmiş Ştatların koronavirus pandemiyasından sonra da İrana qarşı sanksiyanı davam etdirdiyinə görə, belə ittihamla çıxış edib.

Onun sözlərinə görə, ABŞ İrana qarşı “tibbi və iqtisadi terrorçuluq” tətbiq edir. Nazir bu cür hərəkətləri bəşəriyyətə qarşı cinayət adlandıraraq, ABŞ-ı beynəlxalq yardımın çatdırılmasını dayandırmamağa çağırıb.

Qeyd edək ki, martın 26-da Rusiya, Çin, İran, Kuba, Suriya, Nikaraqua, Venesuela və Koreya Xalq Demokratik Respublikası BMT-nin Baş katibi Antonio Quterreşi bəzi ölkələrdən koronavirusun yayılmasına qarşı mübarizəyə mane olan sanksiyaların ləğvini tələb etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri