Apr
2020
00:10
30
392
13047
Virtual karabakh

Türkiyə laboratoriyalarında koronavirus test nəticələri gizlədilib

3 Apr, 2020
00:10
13047

Türkiyə laboratoriyalarında koronavirus test nəticələri gizlədilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə koronavirus test nəticələrini gizlədən iki laboratoriyada araşdırma başlayıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, İstanbul Baş Prokurorluğu iki xüsusi tibb laboratoriyası işçisinə qarşı araşdırma aparır.

Onlar koranavirus analizi verən insanların məlumatlarını Səhiyyə Nazirliyi və səlahiyyətli qurumlarla paylaşmamaqla ictimai sağlamlığa təhlükə yaratmaq iddiası ilə ittiham edilirlər.

Laboratoriya işçiləri ifadələrində bunların “şəxsi məlumatlar” olması səbəbi ilə açıqlanmadığını deyiblər.

Bununla əlaqədar olaraq tibb müəssisələrinin rəhbərlikləri də ifadə verəcəklər.

Günahları sübut olunarsa, karantin qaydasını pozan həmin şəxsləri iki aydan bir ilə qədər həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri