Apr
2020
14:14
113
20
1581
Virtual karabakh

İraqda “Reuters”in fəaliyyətinə qadağa qoyuldu - koronavirus xəbərinə görə

3 Apr, 2020
14:14
1581

İraqda “Reuters”in fəaliyyətinə qadağa qoyuldu - koronavirus xəbərinə görə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq hökuməti “Reuters” agentliyinin ölkədə fəaliyyətinə qadağa qoyub.

“RİA Novosti” İraq Milli Rabitə və Media Komissiyasına istinadən xəbər verir ki, qadağa “Reuters” agentliyinin İraqda koronavirusa (COVID-19) yoluxanların sayının rəsmi açıqlamada elan ediləndən daha çox olması haqda məlumat verməsi ilə əlaqədardır.

Komissiyanın açıqlamasında qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İraq hökumətinin COVID-19 virusu ilə əlaqədar hesabatını təsdiq edib.

Agentlikdən 21 min dollar (35 700 manat) məbləğində cərimənin ödənilməsi, İraq dövlətindən və xalqından üzr istənilməsi tələb olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri