Apr
2020
05:47
44
201
1819
Virtual karabakh

“Avroviziya” təşkilatçıları müsabiqə əvəzinə onlayn-konsert keçirəcəklər

4 Apr, 2020
05:47
1819

“Avroviziya” təşkilatçıları müsabiqə əvəzinə onlayn-konsert keçirəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları may ayının 16-da onlayn-konsert keçirəcəklər.

Bu barədə müsabiqənin saytında bildirilir.

Məlumata əsasən, “Eurovision: Europe Shine A Light” adlı şouda müxtəlif ölkələrdən olan 2020-ci ilin, eləcə də ötən illərin iştirakçıları çıxış edəcəklər.

İki saat sürəcək konserti “Avroviziya”nın rəsmi “YouTube” kanalında izləmək mümkün olacaq.

“Biz Avropanı praym-taymda unikal televiziya proqramı vasitəsilə birləşdirmək niyyətindəyik. Başqa ölkələrdəki bütün yayımçıları şounu vəhdət və birlik ruhunda translyasiya etməyə səsləyirik”, - təşkilatçılar qeyd ediblər.

Şounu  niderlandlı aktrisa Şantal Yanzen, müğənni Edsiliya Rombli (1998 və 2007-ci illərdə müsabiqənin iştirakçısı) və aktyor Yan Smit aparacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri