Apr
2020
04:49
47
177
3877
Virtual karabakh

COVID-19-a yoluxmuş Madrid sakini polisə qılıncla hücum etdi – VİDEO

4 Apr, 2020
04:49
3877

COVID-19-a yoluxmuş Madrid sakini polisə qılıncla hücum etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Milli Polisi Madriddə iki qılıncla silahlanaraq polislərə hücum etməyə çalışan şəhər sakinini saxlayıb.

Bu barədə qurumun “Twitter” səhifəsində məlumat verilib.

Qurumun sosial şəbəkədə paylaşdığı videoyazıdan görünür ki, qurşağa qədər çılpaq olan kişi əlində qılıncları yelləyərək küçədə gəzir. Hadisə yerinə polis cəlb olunub. Lakin kişi hüquq-mühafizə orqanlarının əməkdaşlarını hədələməyə başlayıb və polis avtomobilinin şüşələrini sındırıb. Polis havaya atəş açmalı olub.

Məlumata əsasən, kişi COVID-19-a yoluxmuş olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri