Apr
2020
05:46
26
157
5230
Virtual karabakh

Alimlər supermassiv qara dəliyin reaktiv maddə fışqırdığını qeydə alıb – VİDEO

9 Apr, 2020
05:46
5230

Alimlər supermassiv qara dəliyin reaktiv maddə fışqırdığını qeydə alıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yer planetindən beş milyard işıq ili uzaqlığında yerləşən 3C279 kvazarının mərkəzindəki supermassiv qara dəlik reaktiv maddə fışqırır.

“Science” jurnalı xəbər verir ki, bu kosmik hadisəni qara dəliklərin xüsusiyyətləri barəsində məlumat toplayan “Hadisə üfüqü” adlı teleskop qeydə alıb.

Məlumata əsasən, həmin qara dəliyin çəkisi təxminən bir milyard Günəş boyda ulduzların çəkisinə bərabərdir.

Astrofiziklərin fikrinə görə, sözügedən şırnaqlar qeyri-adi formaya malikdir – onlar düz deyil, spiral formasındadır və davamlı olaraq strukturunu dəyişir.

Mütəxəssislər hesab edir ki, onlar qara dəliyi əhatə edən akkresiya halqası ilə toqquşaraq istiqamətini dəyişir.

Alimlər bu kosmik hadisəni daha ətraflı araşdırmaq niyyətindədir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri