Apr
2020
21:08
40
458
3803
Virtual karabakh

Türkiyədə bu gün dörd mindən çox adamın koronavirusa yoluxduğu aşkarlanıb, 96 nəfər ölüb

9 Apr, 2020
21:08
3803

Türkiyədə bu gün dörd mindən çox adamın koronavirusa yoluxduğu aşkarlanıb, 96 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) ölənlərin sayı artıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O, “Twitter” səhifəsindən etdiyi paylaşımda bu gün daha 96 nəfər öldüyünü bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 28578 nəfər koronavirus testindən keçib, onlardan 4056 nəfərin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 908 nəfər ölüb, 42282 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1552 nəfəri reanimasiyadadır, 2142 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 296 xəstə evə buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri