24 
Apr
2020
02:16
499
35
16708
Virtual karabakh

Lukaşenko koronavirusla bağlı Avropa ölkələrini tənqid etdi

24 Apr, 2020
02:16
16708

Lukaşenko koronavirusla bağlı Avropa ölkələrini tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropanın bəzi ölkələri tərəfindən koronavirus pandemiyası ilə bağlı atılan addımları sərt şəkildə tənqid edib.

“RİA Novosti” xəbər verir ki, Lukaşenko insanların immun sisteminin zəifləməsi səbəbindən xəstəliyin ikinci dalğasının gözlənildiyini bildirib.

“Qərbi Avropanın təcrübəsi insanları təcrid etməkdən ibarətdir. Onları dörd divar arasından çölə buraxmırlar. Sonra da bu üsulu bizə təqdim edirlər. Hal-hazırda həmin ölkələrdə hər gün 400-600 insan ölür”, - deyə dövlət başçısı vurğulayıb.

Lukaşenko təcriddə qalan insanların dözümlülüyünün zəiflədiyini əlavə edib.

“Təcriddən sonra çölə çıxan həmin insanlar koronavirusa daha tez yoluxacaq”, - deyə prezident qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri