25 
Apr
2020
02:28
37
74
1830
Virtual karabakh

Pensiyaçılar “Vogue” üçün poz verdilər - FOTO

25 Apr, 2020
02:28
1830

Pensiyaçılar “Vogue” üçün poz verdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vogue” dəb jurnalının Meksika versiyasının üz qabığında yaşlı qadınların şəkli yerləşdirilib.Yeni nömrənin ilk səhifəsinin şəkli artq nəşrin saytında peyda olub.

Beş pensiyaçı donda, plaşda və gödəkçələrdə fotorəssam Tanya Franko Klein (Tania Franco Klein) üçün qırmızı divarın fonunda poz veriblər. Üz qabığında şəklin yuxarısında isə redaktorlar “həyat dərsləri” ifadəsini yazıblar.

Beləliklə, nəşrin jurnalistləri “meksikalıların təhsilində böyük rol oynayan” və hazırda koronavirus pandemiyasına görə əhalinin ən zəif  təbəqəsi hesab olunan nənələrə  minnətdarlığını bildirmək istəyiblər.

Məqalədə, həmçinin virusun yayılmasının qarşısının alınmasına yönəldilmiş bütün ehtiyat tədbirlərinin görülməsinin vacibliyi qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri