25 
Apr
2020
04:23
260
111
3438
Virtual karabakh

Səudiyyə Ərəbistanında şallaq cəzası ləğv edildi – İslahatlar davam edir

25 Apr, 2020
04:23
3438

Səudiyyə Ərəbistanında şallaq cəzası ləğv edildi – İslahatlar davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında cinayətkarları şallaqla vurmaq cərimə və ya həbs cəzası ilə əvəz olunacaq.

Bu barədə “Reuters” ölkənin Ali Məhkəməsinin materiallarına istinadən xəbər verir.

Belə bir tədbir ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların çərçivəsində həyata keçirilir. Qeyd edək ki, islahatlar kral Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud tərəfindən aparılır.

Bununla yanaşı, krallıqda edamlardan tam imtina edilmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında islahatlar 2015-ci ildən aparılır. Ötən ilin avqustunda qadınlara səyahət etməyə imkan verən qanun qüvvəyə minib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri