25 
Apr
2020
05:50
199
37
3945
Virtual karabakh

Dubay polisi koronavirus xəstələrini tanıyan “ağıllı” dəbilqə geyinir - VİDEO

25 Apr, 2020
05:50
3945

Dubay polisi koronavirus xəstələrini tanıyan “ağıllı” dəbilqə geyinir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) polislər COVID-19 xəstələrini müəyyənləşdirən infraqırmızı kameralar və texnologiyalarla təchiz olunmuş “ağıllı” dəbilqələrdən  istifadə etməyə başlayıb.

Bu barədə “Khaleej Times” qəzeti yazır.

“Dəbilqələr bir dəqiqə ərzində beş metr məsafədə 200 insanda temperaturu skan edə bilir. Müşahidə sahəsinə yüksək temperaturlu şəxs düşdüyü halda, dəbilqə siqnal verir. Bu cür texnologiyalarla Dubayın bütün polis şöbələri, metro stansiyalarında və avtobus dayanacaqlarındakı yoxlamalarda iştirak edən patrul xidməti əməkdaşları təchiz olunub”, - deyə nəşr qeyd edir.

BƏƏ COVID-19 xəstələrinin sayına görə, Fars körfəzinin altı ölkəsi arasında ikinci yerdədir. Cümə günü Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumata əsasən, son sutka ərzində ölkədə 525 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, pandemiya başlayandan ölkədə COVID-19-a yoluxanların ümumi sayı 9,2 mini ötüb, 64 nəfər ölüb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri