28 
Apr
2020
14:06
58
105
1713
Virtual karabakh

Ukrayna İranla “Boeing”in vurulması ilə bağlı təzminat mexanizmini müzakirə edib

28 Apr, 2020
14:06
1713

Ukrayna İranla “Boeing”in vurulması ilə bağlı təzminat mexanizmini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba iranlı həmkarı Məhəmməd Cavad Zəriflə İran silahlı qüvvələri tərəfindən səhvən vurulan MAU aviaşirkətinə məxsus təyyarədə ölənlərin yaxınlarına təzminat verilməsinin hüquqi mexanizmini müzakirə edib.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, Ukrayna hökuməti əvvəlki kimi “qara qutu”ların verilməsində israrlıdır. D.Kuleba həmçinin rəsmi Kiyevin qəzada günahkarların məsuliyyətə cəlb edilməsini istədiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə nəticəsində 176 nəfər həlak olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri