30 
Apr
2020
15:16
88
142
2710
Virtual karabakh

Qreta Tunberq koronavirusla mübarizəyə 100 min dollar ianə etdi

30 Apr, 2020
15:16
2710

Qreta Tunberq koronavirusla mübarizəyə 100 min dollar ianə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçli eko-fəal Qreta Tunberq UNICEF-in hesabına 100 min dollar vəsait köçürüb.

Məqsəd koronavirusa yoluxmuş uşaqların müalicəsinə yardım etməkdir.

Xəbəri “İnterfaks” agentliyi yayıb.

Göstərilən məbləğ Q.Tunberqin hesabına Danimarkada fəaliyyət göstərən “Human Act” təşkilatı tərəfindən fevral ayında köçürülmüşdü.

17 yaşlı eko-fəalın fikrincə, COVID-19 pandemiyası iqlim böhranı qədər, uşaqların həyatına da təhlükə törədir.

Məlumat üçün qeyd edək ki, isveçli yeniyetmə Qreta Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil elan edib və İsveç parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

Q.Tunberqin anası - opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir.

Qreta Tunberqə Asperger sindromu (autizmin yüngül formalarından biri) diaqnozu qoyulub. Bu diaqnozlu insanlar ünsiyyət problemi yaşayırlar, amma rasional təfəkkürə, analitik zəkaya malik olur və çox vaxt elmdə böyük uğurlar qazanırlar.

Qreta Tunberq BMT-də iqlim problemləri üzrə zirvə görüşündə çıxışından sonra bütün dünyada məşhurlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri