12 
May
2020
10:10
45
73
3653
Virtual karabakh

İlon Mask: “Kimsə həbs ediləcəksə, o mən olmaq istəyirəm”

12 May, 2020
10:10
3653

İlon Mask: “Kimsə həbs ediləcəksə, o mən olmaq istəyirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla” şirkətinin baş direktoru İlon Mask koronavirus səbəbi ilə zəruri olmayan müəssisə və fabriklərin bağlanmasına dair göstərişlərə baxmayaraq, avtomobil istehsalını bərpa edəcəklərini bildirib.

“HaberGlobal” məlumat verir ki, o, “Twitter” hesabında bu barədə açıqlayıb:

“Kimsə həbs ediləcəksə, o adam mən olmaq istəyirəm”.

Hər il 415 min nəqliyyat vasitəsi istehsal edən “Tesla” martın 23-dən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Kaliforniya ştatının San-Fransisko şəhərinin yaxınlığındakı Alameda ərazisində yerləşən fabrikdə 10 mindən çox işçi çalışır.

Bundan əvvəl İ.Mask Kaliforniya rəsmilərini “Tesla”nın istehsalına başlamasına icazə verməyəcəkləri təqdirdə, Alameda bölgəsindəki yeganə istehsal müəssisəsini Texas, ya da Nevadaya köçürməklə hədələmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri