26 
May
2020
07:16
59
102
1565
Virtual karabakh

Rusiyada iyun ayında koronavirus peyvəndi könüllülər üzərində sınaqdan keçiriləcək

26 May, 2020
07:16
1565

Rusiyada iyun ayında koronavirus peyvəndi könüllülər üzərində sınaqdan keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yeni tip koronavirus infeksiyasına qarşı peyvəndin hazırlanması ilə bağlı detallar bəlli olub.

Bu barədə rusiyalı akademik Aleksandr Gintsburq “Rossiyskaya qazeta”ya danışıb.

Alim bildirib ki, peyvəndin hazırlanması işləri Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş plana uyğun şəkildə gedir. Tədqiqatçılar hazırda sadə gəmiricilər üzərində sınaqları başa çatdırırlar.

“Mümkün toksikliyi yoxladıq. Nəticə müsbətdir. Həmçinin meymunlar üzərində sınaqları da başa çatdırırıq – həmin sınaqlar preparatın yüksək immunogenliyini və təhlükəsizliyini təsdiqlədi”, - deyə, A.Gintsburq bildirib.

Alim deyib ki, mövcud mərhələ başa çatdıqdan sonra müsbət nəticələr qeydə alınacağı halda artıq iyun ayında Səhiyyə Nazirliyindən peyvəndin könüllü insanlarda yoxlanılması üçün icazə istəniləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri