30 
May
2020
09:08
31
166
1789
Virtual karabakh

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi - SON STATİSTİKA + VİDEO

30 May, 2020
09:08
1789

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi - SON STATİSTİKA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada 6 033 835 nəfər koronavirusa yoluxub.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusa yoluxanlardan 366 891 nəfər ölüb, 2 661 163 nəfər isə sağalıb.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 793 530 nəfər), ölüm (104 542 nəfər) və sağalma (519 569 nəfər) ABŞ-da qeydə alınıb.

Braziliya 468 338 yoluxma sayı ilə ikinci, Rusiya (387 623) isə üçüncü yerdədir.

Türkiyə 162 120 koronavirusa yoluxma sayı ilə onuncudur. Digər sərhəd qonşumuz İran virusa 146 668 yoluxma sayı ilə 12-ci yerdədir. Azərbaycanın sərhəd qonşuları arasında koronavirusdan ən çox ölüm (7 677 nəfər) də bu ölkədə müşahidə edilir.

Azərbaycanda bu günə qədər koronavirus 4 989 nəfərdə aşkar edilib. COVID-19-dan 58 nəfər ölüb, 3 125 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri