İyn
2020
04:58
11
108
1613
Virtual karabakh

Smartfondan koronavirusa yoluxmaq mümkündürmü?

Çirkli əl və ya əlcəklə smartfona toxunmaq koronavirusa yoluxma riskini artırır.

“Sputnik”in məlumatına görə, bunu RF Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Erik Brovko deyib.

O vurğulayıb ki, infeksiya insan orqanizminə hava-damcı yolu ilə, yaxud təmasla keçə bilər. Alimlərin yekun fikrinə görə, virus uzun müddət plastikdə, metalda və digər bərk səthlərdə qala bilir.

Bununla belə, epidemiya dövründə məhz smartfonların təhlükəsi ilə bağlı böyük araşdırmanın aparılmadığı da vurğulanıb.

Təhlükəni minimallaşdırmaq üçün digər səthlərlə təmasda olduqdan sonra smartfonun displeyinə toxunmamaq, qulaqcıq və ya qarniturdan istifadə etmək tövsiyə olunur.

“Telefon zəng çalıbsa, əlcəyi çıxarmaq, təmiz əllə telefonu götürmək, səsli rabitədən istifadə etmək yaxşıdır”, - deyə, həkim bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri