İyn
2020
10:07
260
31
2947
Virtual karabakh

ABŞ-da asayiş keşikçiləri etiraz etdilər, polis şöbəsi bağlandı

6 İyn, 2020
10:07
2947

ABŞ-da asayiş keşikçiləri etiraz etdilər, polis şöbəsi bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində yerləşən polis şöbəsinin çevik polis bölməsinin əməkdaşları etiraz əlaməti olaraq iş yerlərini tərk ediblər.

WIVB telekanalının məlumatına görə, polislər və 57 zabit həmkarlarının işdən çıxarılmasına etiraz olaraq belə addım atıblar.

Qeyd edək ki, sözügedən şəhərin iki polis əməkdaşı 75 yaşlı kişini itələyib yıxdıqlarına görə vəzifələrindən kənarlaşdırılıblar. Onların xəsarət yetirdiyi şəxs ağır vəziyyətdə xəstəxanadadır.

57 zabit iş yerini tərk etsə də, işdən çıxmayıblar. Həmin polis şöbəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Xatırladaq ki, ABŞ-da afroamerikalının polis tərəfindən öldürülməsindən sonra iğtişaşlar başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri