İyn
2020
14:48
25
112
4448
Virtual karabakh

Ağır qəza törədən rusiyalı aktyor polislərlə getməkdən imtina etdi - VİDEO

9 İyn, 2020
14:48
4448

Ağır qəza törədən rusiyalı aktyor polislərlə getməkdən imtina etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağır qəza törədən rusiyalı aktyor Mixail Yefremov arxasınca yaşadığı ünvana gəlmiş polislərlə getməkdən imtina edib.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, aktyor özünü pis hiss etdiyini bildirib.

İstintaq orqanı məhkəmə qarşısında aktyorun həbs edilməsi ilə bağlı iddia qaldırmağa hazırlaşır.

Xatırladaq ki, rusiyalı aktyor M.Yefremov idarə etdiyi avtomobillə Moskva şəhərinin Smolenskaya meydanında ağır qəza törədib. Aktyorun sükanı arxasında olduğu “Jeep Grand Cherokee” markalı avtomobil qarşı yola çıxaraq, “Lada” markalı maşınla toqquşub. Qəza nəticəsində “Lada”nın sürücüsü ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ekspertiza nəticəsində tanınmış aktyorun içkili vəziyyətdə olduğu müəyyənləşdirilib.

Məhkəmədə M.Yefremovun günahı sübut olunarsa, onu 12 ilə qədər həbs həyatı gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri