29 
İyn
2020
16:04
198
33
3354
Virtual karabakh

Rusiyada turizm mövsümü gec bitəcək

Bu il Rusiyada turizm mövsümü gec başlayacaq, lakin oktyabr-noyabr aylarına qədər davam edəcək.

Vesti.ru xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Baş nazir Mixail Mişustinlə görüşü zamanı açıqlayıb.

Ümumiyyətlə, D.Çernışenko bütün istirahət mərkəzlərinin uzun sürən koronavirus pandemiyasından sonra normal işə qayıtdığını qeyd edib. Baş nazirin müavini bildirib ki, Rusiyada turizm qiymətləri artmayıb - hotellərdə və kurortlarda yaşayış qiymətləri 2018-2019-cu illər mövsümü səviyyəsində saxlanılıb.

M.Mişustin ölkənin 70-dən çox bölgəsinin iyulun 1-dən etibarən turistləri qəbula başlaya biləcəklərini deyib.

Onun sözlərinə görə, turizm sənayesi xidmətlərinə tələbat artmağa başlayır, lakin Rusiyada yerləşmə obyektlərinin yüklənməsi bu günə qədər 20-30 faiz arasında dəyişir. Ölkə hökuməti bu mövsüm 20-22 milyon insanın tətilini Rusiya daxilində keçirəcəyini gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri