30 
İyn
2020
01:13
36
56
3063
Virtual karabakh

Qalmaqallı “qara qutu”nun oxunma tarixi məlum oldu

30 İyn, 2020
01:13
3063

Qalmaqallı “qara qutu”nun oxunma tarixi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran səhvən vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunun şifrəsini Fransanın iştirakı ilə iyunun 20-də Parisdə açacaq.

İranın “Tasnim” agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Möhsün Baharvənd məlumat verib.

M.Baharvənd bildirib ki, tərəflər, demək olar ki, bütün mübahisəli məqamlar barədə razılıq əldə ediblər.  

Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verərək, təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri