30 
İyn
2020
13:27
14
116
7924
Virtual karabakh

Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı

30 İyn, 2020
13:27
7924

Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lopinavir plus ritonavir” antiretrovirus preparatının koronavirusun müalicəsi üçün yararsız olduğu aşkar edilib.

TASS-ın məlumatına görə, bu barədə Britaniyada aparılmış RECOVERY klinik tədqiqatının nəticəsində məlum olub.

Dərmanın COVID-19-a yoluxan və xəstəxanaya yerləşdirilən pasiyentlərə müsbət təsir göstərmədiyi vurğulanıb.

Qeyd olunur ki, Britaniya xəstəxanalarında bununla bağlı araşdırma cari ilin mart ayından etibarən aparılır. Təqdiqatda 11,5 min pasiyent iştirak edir. 

Xəstələrə “lopinavir plus ritonavir” ilə yanaşı, “deksametazon” kortikosteroidi, “azitromisin” antibiotiki, “tocilizumab” immunodepressantı və malyariya əleyhinə “hidroksixloroxin” verilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri