İyl
2020
11:35
17
155
3662
Virtual karabakh

Türkiyədə fabrikdə baş vermiş partlayışdan sağ çıxan şəxs yaşadıqlarını paylaşdı - FOTO

Türkiyənin Sakarya vilayətində fişəng fabrikində baş vermiş partlayışdan sağ çıxan şəxs yaşadıqları qorxu dolu anları paylaşıb.

Sondakika.com xəbər verir ki, Kadriye Alkan və əri Başaran Alkan dörd nəfərin öldüyü, 100-ə yaxın insanın yaralandığı dəhşətdən xilas ola biliblər.

K.Alkan bildirib ki, daldalanacaq yer olmadığı üçün hamı qaçırdı:

“Həyat yoldaşımla eyni sexdə işləyirdim, partlayış baş verən yerə yaxın idim. Partlayış səsi ilə bir anda dam çökdü, başıma və çiynimə nələrsə düşdü. Yıxıldım, hər yer toz-duman idi. Tozun içində bir qadın “məni xilas et” deyə qışqırırdı.

Onun qolundan tutdum, qapıya yaxınlaşdım, əlimlə qapının yerini tapa bildim və dərhal özümü çölə atdım. Yoldaşım da çöldə idi, yaxınlıqdakı kəndə doğru qaçmağa başladıq. Yolda bir tibbi heyətə rast gəldik, məni təcili yardım maşını ilə buraya (xəstəxanaya) gətirdilər”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri