İyl
2020
10:23
137
67
3132
Virtual karabakh

İsrail İranın nüvə obyektində partlayış törədib? - İDDİA

6 İyl, 2020
10:23
3132

İsrail İranın nüvə obyektində partlayış törədib? - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail İranın Natanz nüvə obyektində partlayıcı qurğunu işə salmaqla təxribat törədib.

Bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı iyulun 2-də İranın Natanz nüvə obyektində yanğının baş verməsi barədə məlumat yaymışdı. Yanğın nəticəsində xəsarət alan olmayıb. Nüvə və digər radioaktiv materialların sızması qeydə alınmamışdı.

Anonim kəşfiyyat mənbəyindən “The New York Times”a verilən məlumata görə, İsrail nüvə obyektində güclü partlayıcı qurğu quraşdırıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi nüvə obyektinə partlayıcı qurğunun yerləşdirilməsini qəzetə təsdiq edib.

İsrail rəsmiləri isə bu barədə açıqlama verməkdən imtina ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri