İyl
2020
12:10
26
141
5848
Virtual karabakh

Gennadi Onişenko: “Taun xəstəliyinin xaricdən Rusiyaya keçməsi istisna olunur”

7 İyl, 2020
12:10
5848

Gennadi Onişenko: “Taun xəstəliyinin xaricdən Rusiyaya keçməsi istisna olunur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini Gennadi Onişenko Rusiyada bubon taununun yayılması təhlükəsini qiymətləndirib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Deputatın sözlərinə görə, Rusiyaya xaricdən taunun keçməsi istisna olunur. Səbəb ölkədə bu cür xəstəliklərin tarixən bilindiyi bölgələrin sərt nəzarət altında olmasıdır.

Eyni zamanda, G.Onişenko Cənub-Şərqi Asiyada bubon taunu ocaqlarının beynəlxalq sərhədlərin bağlanması səbəbindən rusiyalılar üçün təhlükəli olmadığını deyib.

Deputat xatırladıb ki, ölkədə taun əleyhinə stansiyalar fəaliyyət göstərir, infeksiyanın yayılmasının qarşısını almaq üçün hər yaz lazımi işləri aparan xüsusi bölmələr qurulur.

Onişenko xatırladıb ki, infeksiya yoluxmuş heyvanın ətini yeməklə deyil, onun üzərində yaşayan birənin sancması nəticəsində baş verir.

“Bundan əlavə, xəstə heyvanı kəsərkən özünüzü yaralasanız, yoluxmaq mümkündür, lakin bu cür hadisələr nadir hallarda baş verir”, - deyə o, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Monqolustanda bubon taununa yoluxma halları qeydə alınıb. Xəstəliyin yayılmasına səbəb monqolların ənənəvi tarbaqan yeməsi göstərilir (Tarbaqan - marmot və ya monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Vəba daşıyıcıları hesab edilirlər).

Monqol marmotunun ətini yeməyib, sadəcə kəsməklə belə xəstəliyə yoluxmaq mümkündür.

Vəba ilk növbədə vəhşi gəmiricilərə təsir edən bakterial xəstəlikdir. Bir heyvandan digərinə birə dişləməsi vasitəsilə yayılır. Yoluxmuş birə tərəfindən dişlənən insanlar da vəbaya tutulur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müalicə vaxtında başlamazsa, 24 saatdan az müddətdə xəstəlik yetkin insanı öldürə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri