14 
İyl
2020
10:17
40
113
4224
Virtual karabakh

Bezosun keçmiş arvadı bir neçə saatlıq dünyanın ən zəngin qadını oldu

14 İyl, 2020
10:17
4224

Bezosun keçmiş arvadı bir neçə saatlıq dünyanın ən zəngin qadını oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Amazon” şirkətinin baş direktoru Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ötən gün axşam bir neçə saatlıq dünyanın ən zəngin qadını olub.

Bu barədə “Forbes” xəbər verib.

Belə ki, ötən gün saat 19:30-da onun sərvəti 65,2 milyard dollar həcmində qiymətləndirilib. Səhər saatlarında isə “L'Oreal”ın təsisçisinin nəvəsi Fransuaza Betankur-Mayer siyahıda lider mövqeyini özünə qaytarıb. Onun sərvəti 64,8 milyard dollar qiymətləndirildiyi halda, M.Bezosun sərvəti 60.8 milyard dollara qədər geriləyib.

Xatırladaq ki, 2019-cu ildə boşandıqdan sonra Makkenzi Bezos keçmiş həyat yoldaşının şirkətinin səhmlərinin 25 faizinə sahib olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri