14 
İyl
2020
11:59
23
178
6674
Virtual karabakh

Koronavirusun dünyada yayılmasının dörd ssenarisi açıqlandı

Hazırda dünyanın müxtəlif bölgələrində koronavirusun yayılması ilə bağlı dörd əsas ssenari mövcuddur.

“RİA Novosti”nin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

O, bütün ölkələrin risk altında olduğunu, lakin hamısının eyni dərəcədə koronavirusdan təsirlənmədiyini vurğulayıb.

ÜST rəhbərinin sözlərinə görə, ilk ssenari xəbərdarlıq edilmiş və məlumatlı olan ölkələrdə həyata keçirilib - nəticədə, böyük yoluxmaların qarşısını almaq mümkün olub. Bunların arasında Cənub-Şərqi Asiya, Karib dənizi hövzəsi, Afrika və Sakit okean regionlarından bəzi ölkələr var.

Bir çox Avropa ölkələrində müşahidə edilən ikinci ssenariyə görə, epidemiyanın geniş miqyasda yayılması baş versə də, güclü idarəçilik və qoyulan tələbləri yerinə yetirən əhali sayəsində xəstəlik nəzarət altına alınıb.

Üçüncü ssenari epidemiyanın ilk pik həddini aşmağı bacaran və bundan sonra məhdudiyyətləri yumşaldan ölkələrdə görünüb. Belə ki, nəticədə, onlar hazırda xəstəliyin yeni dalğası ilə mübarizə aparmaq məcburiyyətində qalıblar. Belə bir ssenarinin müşahidə olunduğu ölkələrin adı çəkilməyib.

Dördüncü ssenariyə Amerika, Cənubi Asiya və Afrikanın bir sıra ölkələri daxil edilib; burada infeksiyanın intensiv ötürülməsi mərhələsi gedir.

Qebreyesus bununla belə xəstəliyi nəzarət altına almaq üçün heç vaxt gec olmadığını vurğulayıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 13 240 427 nəfərə çatıb. Virusdan 575 601 nəfər ölüb, 7 707 190 xəstə sağalıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri