14 
İyl
2020
12:31
123
33
7000
Virtual karabakh

Rusiyaya gedənlər üçün koronavirusla bağlı tələblər dəyişdirildi - VİDEO

14 İyl, 2020
12:31
7000

Rusiyaya gedənlər üçün koronavirusla bağlı tələblər dəyişdirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdən qayıdan Rusiya vətəndaşları üçün 14 günlük karantin ləğv ediləcək. Əcnəbilərdən isə koronavirusun olmaması haqqında arayış və ya Rusiyada testdən keçmələri tələb olunacaq.

NTV-nin məlumatına görə, “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova qaydalara dəyişiklikləri imzalayıb.

Buna əsasən, koronavirusun yayılması riski səbəbindən Rusiyaya gedən vətəndaşlar üçün iki həftəlik məcburi təcridolunma ləğv edilir.

Qərar iyulun 15-dən qüvvəyə minəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri