15 
İyl
2020
09:01
282
105
8856
Virtual karabakh

44 ildən sonra Yer kürəsində əhalinin sayı azalmağa başlayacaq

15 İyl, 2020
09:01
8856

44 ildən sonra Yer kürəsində əhalinin sayı azalmağa başlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlərin proqnozlarına görə, 2100-cü ildə Yer kürəsində insanların sayı 8,8 milyard təşkil edəcək. Bu, BMT-nin eyni proqnozundan 2 milyard nəfər azdır.

“Lancet” nəşri yazır ki, mütəxəssislər 2064-cü ilə qədər planetimizin əhalisinin sayının 9,7 milyard nəfərə çatacağını gözləyirlər. Lakin bundan sonra azalma başlayacaq.

Tədqiqatçıların fikrincə, azalmaya səbəb doğuş göstəricilərinin enməsi olacaq. Buna isə arzuolunmaz hamiləlikdən qoruyan vasitələrə əlyetərliyin artması və qadınların savad səviyyəsinin yüksəlməsi gətirib çıxaracaq.

2100-cü ildə əhalisinin sayına görə ilk beş ölkə aşağıdakı ardıcıllıqla düzüləcək: Hindistan, Nigeriya, Çin, ABŞ və Pakistan. Hər halda, alimlərin proqnozları belədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri