20 
İyl
2020
11:34
224
39
6262
Virtual karabakh

Zamir İsayev Oğuz sinaqoqu haqqında: “Mühafizəçi yoxdur və qapılar heç vaxt kilidlənmir” - FOTO/VİDEO

20 İyl, 2020
11:34
6262

Zamir İsayev Oğuz sinaqoqu haqqında: “Mühafizəçi yoxdur və qapılar heç vaxt kilidlənmir” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Yəhudiləri Yardım Təşkilatının nümayəndəsi Zamir İsayev “Facebook” səhifəsində Azərbaycan xalqının vacib keyfiyyətlərini - dürüstlük və tolerantlığını qeyd edən yazı yayımlayıb.

Oxu.Az-ın məlumatına görə, o, təşkilatın ildə bir neçə dəfə Azərbaycanda yəhudilərlə əlaqəli yerlərə baxdığını və ayrı-ayrı şəhərlərdə yəhudi icmalarını ziyarət etdiyini vurğulayıb.

“Bu il də istisna deyil. Pandemiyaya baxmayaraq, mən bu vacib missiya üçün ezam edildim”, - deyən Z.İsayev əlavə edib ki, təşkilat nümayəndələri əvvəlcə Oğuz bölgəsinə yollanıblar.

“Oğuzda hər dəfə fərqli millətlərin bir yerdə necə sülh şəraitində yaşadığını görüb, heyran qalıram. Təsəvvür edirsinizmi, Oğuz sinaqoqları heç vaxt kilidlənmir! Hətta gecələr də! İnanılmazdır, amma burada nə mühafizə var, nə müşahidə kameraları… heç nə yoxdur. Sadəcə, hasarlar və sinaqoqun qapıları açıqdır. Heç kim kiminsə nəsə edə biləcəyindən qorxmur! Bunu burada təsəvvür etmək belə mümkün deyil. Bəs siz hər hansı başqa ölkədə gecələr qapısı açıq sinaqoq təsəvvür edirsiniz?”, - deyə, sözlərini yekunlaşdıran Z.İsayev, bunun ancaq Azərbaycanda mümkün olduğunu vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri