24 
İyl
2020
06:52
105
34
3038
Virtual karabakh

Koronavirusu neytrallaşdıran anticisim qarışığı hazırlanıb

24 İyl, 2020
06:52
3038

Koronavirusu neytrallaşdıran anticisim qarışığı hazırlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm adamları koronavirusla mübarizədə effektiv kömək edən və insanları qoruya biləcək anticisimlərin qarışığını yaradıb.

Bu barədə “The Guardian” xəbər yayıb.

Nəşrin bildirdiyinə görə, Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri COVID-19-un ağır formasından sağalan 40 xəstədən anticisim nümunələri toplayıblar, həmçinin koronavirusa qarşı immuniteti olan beş insanda 60 anticisim müəyyən ediblər.

Bu anticisimlərdən doqquzu COVID-19 virusunu effektiv şəkildə neytrallaşdırılıb.

“Biz çox aktiv anticisimləri təcrid etdik və bunların əsasında dərman hazırlana bilər. İnanırıq ki, bunlardan koronavirusla yoluxmağın qarşısını almaq üçün istifadə olunacaq”, - deyə, alimlər bildiriblər.

Anticisimlərin klinik sınaqlarına bu ilin sonunda başlanacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri